Sizcə Dünya Kainatın tək istisnası ola bilərmi?

Kainat içində sayıla bilməyəcək qədər cisimlərin olduğu sonsuz bir boşluq. İçində yaşadığımız bu dünyada texnologiyalarımızla onun sirrini açmağa bizdən başqa canlı və şüurlu varlıqların olub olmadığını tapmağa çalışsaq da bu suala hələ də hə və ya yox deyə bilmirik.

Hesablamalara görə kainatdakı ulduzların sayı 10 üstü 22 və ya 24 dür, yerdəki qumların sayı isə 10 üstü 18. Bu da demək olur ki əgər hər bir ulduzun ətrafında cəmi bir planet olsa trilyonlarla planet var. Məsələyə bu tərəfindən baxanda əgər bizdən başqa canlı və şüurlu varlıqların olma ehtimalı milyardda bir də olsa, hələ də 1 milyarddan çox planetdə həyat var demək olardı bu...

Şumer tarixində və ya misir piramidalarında başqa planetdən olan canlıların varlıqlarına müəyyən dəlillər olsa da hələ də tam olaraq isbat olunmayıb.

Buna görə də Enrico Fermi də bir dəfə hamımızın bildiyi amma cavablaya bilmədiyimiz o məhşur sualı verdi. Hərkəs haradadır?

Bu sual hələ də elm dünyasının ən böyük suallarından biridir. Cavabı haqqında isə bilən bilməyən hər kəs danışır. Buna görə də suala cavab olaraq bir çox teoriyalar daha doğrusu hipotezlər var.

1.     Texnoloji mümkünsüzlük. Dünya xaricində ağıllı həyat var. Amma texnoloji olaraq dünyaya gəlmələri yəni ulduzlararası səyahət etmələri mümkün deyil. Buna görə də heç vaxt gəlməyiblər.

2.     Tarixi görüş. Kainatda başqa həyatlar var və əslində dünyaya da gəldilər, sadəcə olaraq çox əvvəllər. Onlar gələndə dünyada şüurlu həyat yox idi.

3.     Şüursuz varlıqlar. Dünyanın xaricində həyat var sadəcə ağıllı deyillər. Texnologiya və elmi anlaya bilmirlər.

4.     Nadir dünya. Kosmosda həyat yoxdu. Dünya təkdir və kainatın yeganə istisnasıdır.

5.     Texnoloji üstünlük. Başqa dünyalardan olan varlıqlar dünyaya gəlirlər. Amma bunu insanlar bilmir. Çünki onlar elə texnologiyalara sahibdirlər ki, onları görə bilmirik.

6.     Texnoloji son nöqtə. Başqa planetlərdə həyat var. Amma onlar artıq elə texnologiyalara sahibdirlər ki, kainatı kəşf etməyə, haradasa koloniyalar yaratmağa ehtiyacları yoxdur.

7.     Yaşayan yeganə ağıllı varlıqlar bizik. Bütün kainatda bir çox fərqli vaxtlarda milyonlarla fərqli həyatlar olub. Sadəcə bu ağıllı varlıqlar bizimlə əlaqəyə keçmə səviyyəsinə çatmadan və ya kainatı kəşf etməyə başlamazdan əvvəl bir təbii fəlakət və ya atom müharibələri nəticəsində məhv olublar.

8.     Yanlış araşdırmalar. Başqa dünyalarda həyatlar var sadəcə biz onları düzgün araşdıra bilmirik.

Bu teoriyaların hər biri və daha çoxu sadəcə biz insanların düşüncələridir. Yəni kainatda başqa həyatlar varsa da hələlik bunu bilmirik. Doğrusu dünya üzərində fərqli zamanlarda və fərqli yerlərdə olan qəribə hadisələrə baxsaq bunu da bir kosmosdan gələn varlıqlar teoriyası kimi qəbul etmək olar.

Bütün bunların xaricində araştırmalar göstərir ki, 2008 – ci ildən bu yana dünya üzərində 11 milyondan çox insan kosmosdan gələn varlıq və ya UFO (Unidentified Flying Object) Təyin Edilə Bilməyən Uçan Obyekt gördüyünü deyir. Məncə bunu konkret bir sübut olaraq qəbul edə bilərik.

Eyni zamanda bəzi insanların başına gələn çox qəribə hadisələr də bu mövzu üçün əsaslı dəlillər ola bilər. Bu tip hadisələrlə bağlı bir filmi gələcək videolarımdan birində paylaşmağı düşünürəm.

Bütün bu danışdıqlarımızdan anlayırıq ki, istər başqa varlıqlar olsun, istərsə də olmasın, yaşadığımız dünyada bizlər bəzi sualların cavabını bəlkə də heç vaxt dəqiq bilməyəcəyik.  

Mövzu ilə bağlı videomu linkdən izləyə bilərsiniz.

 https://www.youtube.com/watch?v=7BrhWOn-aG8