Hər yerdə bir ağılı

Quyulara daş atır

Bəzən hey düşünürəm

Bu qədər ağıllının

İçində  mən dəliyəm...

Onlara gülməliyəm...

Hamı gedib quyudan 

Ayı çıxartmaq istər

Yalnızca bir mən dəli

Ayı göydə görürəm...

Yaman başım qatışıb.

Bəlkə  havalanmışam

Hamı danışmaq istər

 Mənsə susub qalmışam

Vallah, həmişə qarşıma

Zırr-ağıllar çıxır...

Bərəkallah, qismətə

Gör, necə mən şansılıyam...

Vallah, qoca dünyaya 

Bu qədər ağılı çox...

Hərə bir baş biləndi...

Ən doğrusun danışan.

Bir mən yalançıyam

Onlar el ağsaqqalı

Onlar el ağbirçəyi

Vallah başım qarışıb

Yenə boş danışıram...

Məni də  məzur görün

Bu ağıllı dünyanın bir

Dəlisi olmuşam

Var, dövlət qala-qala 

Haqq hərisi olmuşam.

Gedin, gəzin, əylənin.

Ona, buna söz atın

Ar-şərəf heç bilməyin.

Onun-bunun haqqını

Alıb öz əllərindən

Özününüzü haqq bilin..

Məni heç dinləməyin

Yenə haqdan danışıb

Başınızı ağradım...

Ah, nə gözəl qul haqqı

Yemək nə ləzzətlidir.

Haqqa böhtanlar atmaq

Şər demək nə ləzzətli...

Yox, yox əşi sizə söz atmıram.

Ən doğrusun edirsiz...

Mən dəlini boş verin.

Öz "geniş" dünyanızda

Gəzin dolaşın daha

Ölüm heç gəlməyəcək.

Axirət olmayacaq....

Bu qədər  qəlb sızısın

Hesabı sorulmayar.

Hələ bir də eləyin.

Hər gün sababa batın

Başınızı yasdığa.

Elə "vicdanlı"yatın

Yatın ey mışıl, mışıl

Mən dəli siz ağıllı

Qəlbiniz pırıl -pırıl...