Günəşdən zərrədir gözlərin sənin

O yüzdən sevmişəm ala gözləri

Gəl, Allah xətrinə sözümü dinlə

Aşiq ürəyinə sala  gözləri

 

Üzündə izi var ilahi  nurun

Bir dünya yaşaram, nigar hüzurun

Allah bəxş eyləyib eşqin dilbərin

Tək mənim dünyamda qala gözləri

 

Yenə mənə tərəf bir nəzər eylə

Ala göz, qəlbinin səsini dinlə

Vallah, bacarmıram mən ürəyimlə

Laləzar salıbdır bala gözləri...

#sadiqlişeirləri