Sizə əslində 2020-ci ildə həyatımızda nə baş verdiyini anlatmaq istəyirəm. Yaxşısı və pisi ilə bir ili geridə buraxdıq. Onur nə yaxşısı hardadır 2020 – ci ilin yaxşı tərəfi dediyinizi eşidirmiş kimiyəm. Və haqlısınız da məsələyə bir tərəfdən baxanda həqiqətən də 2020 – ci il bütün dünya üçün, xüsusilə də Azərbaycan üçün çox çətin bir il oldu.

Əvvəl bütün dünyanı qorxudan Co-vid sonra isə Qarabağ müharibəsi. Amma tam olaraq bu iki hadisənin içindən Azərbaycana çox yaxşı iki təsir yarandı. Təbii ki birincisi hər birimizin arzusu olan Qarabağ alındı buradan bütün Azərbaycan millətini bir daha təbrik edirəm və şəhidlərimizin ailələrinə baş sağlığı diləyirəm. İkincisi isə Co-vidlə evlərimizə qapanan bizlər texnologiyanı daha çox mənimsədik. Həyatımıza Zoom proqramı daxil oldu. Texnologiyanı istifadə etməyi uşaqdan böyüyə hər kəs öyrənməli oldu.

Məktəblilər onlayn təhsili gördü, tələbələr də həmçinin. Onlayn konferanslar keçirildi, insanlar evdən işləməyə öyrəşdi. Bütün ölkəni bir onlayn dünyada irəli getmə təlaşı aldı. Və yaxşı ki də aldı.

Çünki bu tip hadisələr, dünyada uzun müddətdir tətbiq olunur. İnsanlar evdən işləyir və öyrənirlər. Hətda bunun üçün internetdə yetərincə inkişaf etmiş platformalar var.

Buna görə də nəhayət ki, Azərbaycanda da özəl bir şirkət əlini daşın altına qoydu və evdən onlayn öyrənə biləcəyiniz dərslərlə dolu bir platforma yaratdı.

Indi platformadan danışmazdan əvvəl onu deyim ki, bu videoda hər hansısa bir sponsorluq falan yoxdur. Sadəcə mən paylaşıram.

Platformanın daxilinə girəcəyik nə olduğunu, necə işlədiyini görəcəyik. Lakin gəlin əvvəl bu platformanın mənə ən xoş gələn bir hissəsindən danışım. Platformaya verilən ad. Safavy (Səfəvi) bu adı həm tariximizlə bağlı olmasına görə həm də səslənməsinə görə çox sevdim. Sadəcə adını deyəndə bir millilik hiss olunur.

Ümumiyyətlə sayta girmək üçün Safavy.org olaraq brauzerinizdə axtarış etsəniz sayta girə biləcəksiniz. Əvvəldə də dediyim kimi sayta girdikdə evdən öyrənə biləcəyiniz Satış, psixologiya, biznes, şəxsi inkişaf, qrafik dizayn kimi bir çox fərqli dərslər görürsünüz.

Burada gördüyünüz hər bir dərs professional kameralarla tam bir studio şəraitində çəkilir və hazırlanır. Buna görə də saytdakı dərslər həqiqətən də çox keyfiyyətli alınır.

Təbii ki, mən bu saytı görüb dayanmaram. Sayt haqqında məlumat alan kimi daxil oldum və təlimçi olmaq üçün qeydiyyatdan keçdim. Bir neçə gün sonra saytın qurucu şirkətinin seosu ilə danışdım və təlimləri yerlaşdirmək üçün çəkilişlərə başladıq. Bir Aydan artıq çəkən uzun bir müddət ərzində safavy platforması ilə çox gözəl bir dərslər ortaya çıxardıq. Qrafik dizayn dərslərimin linkini videonun altında yerləşdirəcəm.

Yaxşı belə bir məqamda ortaya bəzi digər suallar çıxır. Nəyə görə onlayn öyrənməliyəm? fiziki üsullamı öyrənmək daha yaxşıdır yoxsa onlaynmı? Hansı daha sərfəlidir?

Araşdırmalar göstərir ki, bu gün dünyada bir çox insanlar onlayn işlərə və öyrənməyə üz tutur. Eyni zamanda onlayn öyrənmə sizi yolda itirdiyiniz vaxtdan qurtarır. Həmçinin də daha sərfəlidir. Bu tipdə qrafik dizayn dərslərimi normalda çox daha yüksək qiymətə təklif etsəm də. Onlayn təhsil platformalarında bu dərslərim çox daha ucuz olur.

Yəni əslində onlayn olaraq öyrənmə bir çox cəhətdən ənənəvi üsuldan üstündür deyə bilərəm.

Son olaraq bu üstünlükləri bir daha xülasə edərək sayaq.

1.     Evdən rahat bir şəkildə öz istədiyiniz vaxtlarda öyrənirsiniz.

2.     Sizi yol stresindən, xərcindən və zamanından xilas edir.

3.     Daha aşağı qiymətə daha gözəl dərslər əldə edirsiniz.




 https://www.youtube.com/watch?v=Ia0mXJUoTSs