Bəzi insanlar həmişə uğursuz olduqlarını, qazana bilmədiklərini deyir. Lakin hələ yolun başında olduqlarının  fərqində deyillər.Çünki, onlar prizmanın tərəflərini görmürlər.Bəzən də qazıb xəzinə sandığına qədər gəlib, vaz keçirlər.

Bizcə uğur qazanmağın yeganə yolu uğursuzluqdur.Bəli, doğru eşitdiniz.İnsan düşüş yaşamadan zirvələri fəth edə bilməz.Zirvələr  gedən yol sıldırım qayalardan keçir. Yəni ki, sizə uğursuzluq yaşadan hər şeyə təşəkkür edin.Onlar olmasaydı mübariz olmazdın.Müqəddəs kitabımız Qurani-Kərimdə  qeyd olunur ki, eləki boş qaldın, yenə qalx yorul(mübarizə apar)(bax: İnşirah sürəsi 7-ci ayə)

Ümumilikdə, Qurani-Kərim oxumaq və onun incəliklərinə varmaq uğura gedən  yolda sizə yardım edəcək, işıq tutacaq.

Digər məsələ etibarlı yol yoldaşıdır. Düzdür, Allahdan daha etbarlı dost yoxdur.Bununla bərabər sədaqətli, imanlı xanımlarla(bəylərlə) izdivac qurun.Hansı ki, hər çətindikdə sizinlə olacaq və sizi dəstəkləyəcək. O zaman çöküş yaşasanız da onunla birlikdə yenidən qalxa bilərsiniz.(Belə bir məsəl var.Yaxşı xanımın sədaqəti yoxsulluqda, yaxşı kişinin sədaqəti zənginlikdə bəlli olur.)

Mövzu əgər zənginlikdirsə etikanız, dərrakəniz əxlaqınız varsa elə zənginsiniz. Pulun  əlbəttə ki, insan həyatından böyük mahiyyəti var.Lakin pulun da ala bilməyəcəyi şeylər var(pulla yataq ala bilərsən yatmaq əsla)

Dəyərli dostum, bura qədər səbrlə oxuduğuna görə sən bacaracaqsan.Kitabları sonadək oxumağı bacarın:))

Ona görə ki, ilk olaraq müşahidə aparmaq, təlabatları araşdırmaq lazımdır.Məsələn, bir  inşaat lahiyən var.Gör, buranın əhalisinin adət-ənənəsi nədir, madii gəliri nədir...

Bunları dərindən araşdırın,stategiya seçin.

İqtisadi düşüncə üçün qurucu düşücələrinizi gərçəkləşdirəcəyiniz dostlar tapın.Onlara məğlub olmağı öyrəndin.Uduzmağı bacarsınlar.Sizdə sizinlə əbədi olacaq sadiq insanları seçmiş olacaqsınız.(Ardı olacaq)

Bir gün sizin uğur hekayənizi dinləmək ümidi ilə...