Həyat özü   bir dəmlikdir

Yarı səndə yarı məndə...

Dəmlə dilbər,  dəmlə

Gəlləm.

Uzun yolun yorğunuyam.

Danış, görək nə var nə yox...

Həyat özü bir kəpənək qanadıdı

Bir gün uçaq uzaqlara

Eşidirsən, fısıldılar...

Dinlə, görüm, dinlə gəlləm...

Bu ağacın kölgəsində

Neçə sənlər, neçə mənlər oturublar.

Gecə saat 2-3 də aya baxıb darıxıblar...

O da  baxır bəlkə  deyə

Xəyal qurub...hey baxıblar ulduzlara

Neçə ulduz..

Bilirsənmi  qoca çinar ağacıdır

Nə acılar görüb nələr...

Gərçi çoxun mən danışdım...

Tünd olacaq bugünkü çay...

Bilirsənmi bunlar nəyə tələsirlər?

Zaman qısa, arzu uzun...

Hərə bir dəmə bənd olub

Bir ağac kölgəsində...

Bir söhbətə...

Bir baxışda yox olmağa...

Bir günlük bir ömürdə 

Min arzunu yaşamağa

Dəmlə gözəl dəmlə gəlləm...

#sadiqlişeirləri