Heç uğurlu insanların nəyə görə uğurlu ola bildiklərini sorğulamısnızmı? Necə olur ki, Steve Jobs, Bill Gates və ya Elon Musk kimi insanlar daima çox uğurlu olur? Təbii ki, bu sualların cavabı çox sadə görünə bilər. Çünki o insanlar daima öz üzərində işləyir, heç nədən çəkinmir, çox böyük əziyyətlər çəkirlər.

Bu cavabların hər biri həqiqətdir. Sadəcə unutmamalı olduğumuz çox önəmli daha bir cavab var. Uğurlu insanlar öz daxili potensiallarının fərqindədirlər və onu ortaya çıxara bilirlər.

Yəqin ki, Bill Gatesin bu sözünü eşitmisiniz.
Mən daima təmbəl insanları işə götürürəm, çünki onlar daima işi görmək üçün daha asan bir yol tapırlar.

Bax bu belə öz potensialından istifadənin ən yaxşı yollarından biridir. Mən sizə təmbəl olun məsləhəti vermirəm. Öz potensialınızı ortaya çıxarın deyirəm.

Bəs öz potensialımızı necə ortaya çıxara bilərik? Bu suala cavab vermək üçün məsələnin ən başına qayıtmalıyıq. Bu dünyaya gəldiyimiz günə. Dünyaya gəldiyimiz gündən bəri bizi bir sistemin içində böyüdürlər. Əvvəl uşaq baxçası, sonra məktəb, ali məktəb, iş, ailə və davam. Bu tipdə bir sistemdə biz özümüzdə fərqində olmadan buna inanmağa başlayırıq mən də hamı kimiyəm. Potensialım tanıdığım digər uşaqlar qədərdir. Halbuki, hər birimiz fərqli potensiala sahibik.

İndi sizinlə bir xəyal quraq. Bu dəqiqə izlədiyiniz bu videonu mənim yerimə özünüz hazırladığınızı düşünün. Həftə boyunca bu video üçün araştırma apardığınızı, yeni bir baxış qazanmağa çalışdığınızı, mətnini, montajını, hər bir detalını özünüzün hazırladığınızı düşünün. Siz də eynən mənim kimi sadəcə bir kamera qarşısına keçib fikirlərinizi izah etməyəmi çalışardınız yoxsa videoya fərqli bir şəkildəmi yanaşardınız? Yəqin ki, siz də öz araştırmalarınıza görə bir video hazılrayardınız. Amma eynən mənim hazırladığım kimi sadəcə kamera qarşısında danışaraq öz fikirlərinizi və araşdırmalarınızı dilə gətirsəniz belə, ən azından cümlələriniz danışıq tərziniz, izah etmə şəkliniz mənimkindən fərqli olardı. 

Burdan bu nəticəyə gələ bilərik ki, biz insanlar özümüzlə tək qalanda fərqliliyimizi göstərə bilirik, öz potensialımızı istifadə edə bilirik. Amma iş normal həyatımıza gələndə vəziyyət fərqlidir. Ona bax xalqın uşağı həkim olub. Filankəsin qızı 600 bal toplayıb. Bütün qiymətləri beşdir. Və.s. bunun kimi ifadələr baş alıb gedir. Deməli sizin ya da bizim uğurlu ola biləcəyimiz yeganə şey həkim olmaqdır. Həkim ol, bir xəstəxanada bütün günü xəstəliklərin içində o tərəfə bu tərəfə, əsəb, stres, aldığın maaş da bir gözün görür digəri yox.

Bəli mən də qəbul edirəm həkimlik, mühəndislik bunlar çox gözəl sənətlərdir. Amma niyə biz mühəndis olub bir zavodda və ya fabrikdə işləmək əvəzinə yeni bir şeylər yaratmağa çalışmırıq. Nəyə görə biz mütləq univerisitetə getməliyik? Riyyaziyyatdan və ya Ədəbiyyatdan aşağı qiymət almağımız nəyə görə önəmlidir ki?

Sistemin içərisində daima o sistemə bağlı olaraq qalırıq. Özümüzü ən çoxu ətrafımızdakı insanlarla müqayisə edirik. Yəni sanki bir yarışda daima gözümüz yan tərəfdə rəqibizmizdə olaraq hərəkət edirik. Öz performansımıza önəm vermirik.

Sistem bizim qorxularımızdan istifadə edir.  Əgər ali məktəbə daxil olmasam ailəm də özüm də utanacam. Bir iş tapıb pul qazanmaq lazımdır. Biraz kitab oxuyum ki, bir məclisdə mənim də deməyə sözüm olsun. Qəti şəkildə narahat olmayın əgər sistemin içərisində yaşamağa davam etsəniz getdiyiniz məclisdəki insanlar kitablardakı cümlələri bir çox hallarda anlamayacaq.

Öz kreativliyimizi, bacarıqlarımızı sadəcə sistemə görə tənzimləyəndə bir şey qazanmırıq. Edə biləcəyimiz maksimum sistemi məmnun etmək olur. Əslində isə özümüz xoşbəxt olmuruq.

Bir düşünün Albert Enşteyn patent bürosunda işləyərkən sadəcə sənədlərlə məşğul olub, ey mənim fikirlərimdi də boş-boş xəyallarımdı. O boyda fiziklər bilmədi mən biləcəm desəydi sistemə təslim olsaydı? Fizika bu günkü vəziyyətini ala bilərdi? Ya da Elon Musk milyonlarım var onunla ömrümün sonuna kimi yaşayım desəydi, bu gün kosmosa bu qədər maraq yaranardı?

Bəli ola bilər ki, ali məktəbdə oxuyuruq ya da bir işdə işləyirik. Sadəcə fikirlərimizə dəyər verməliyik xəyallarımızın ardınca qaçmalıyıq. Öz dediklərimizə birinci özümüz inanmalıyıq. Lazım olanda öz fikirlərimizin müdafiəsinə qalxmalı və ən yaxınlarımıza belə sərhədlər qoymalıyıq. Bunlar mənim fikirlərimdi deyib o fikirlərimizi həyata keçirməliyik.

İndi sizə öz potensialınızı açmaq, üzə çıxarmaq üçün bəzi maddələrdən danışacam.

Xəyal qurun – çox xəyal quran insanlar daima özlərinə güvənir və nələrsə etməyə çalışırlar.

Beyninizi aktiv saxlamağa çalışın – kitab oxuyun, fərqli seminarlara qoşulun,

 

gündəlik olaraq fikirlərinizi yazın və.s.

Düzgün dinləyin – bir nəfər danışarkən ona cavab vermək üçün susmasını gözləməyin diqqətinizi verin və həqiqətən fikirlərini anlamağa çalışın.

Dolu-dolu yaşayın - əyləncənizi əsla buraxmayın. Hobbiləriniz, maraqlarınız, həyatınıza anlam qatacaq kiçik və böyük nöqtələr olsun.

İstədiklərinizi edin – hər zaman demirəm amma bəzən səhər qalxanda bu gün ya da bundan sonrakı bir həftə ərzində çoxdandır xəyal etdiyim işi quracam deyin.

Sadəcə bir dəfə sınayın – o işi qurmağı, o qızla və ya oğlanla tanış olmağı, getdiyiniz bir yerdə demək istədiyiniz o sözləri deməyi, gələn həftəyə qədər çox istədiyiniz o kitabı alıb oxumağı sadəcə bir dəfə sınayın.

Anlamağa çalışın – bu videodan sonra valideyinlərinizə, ətrafınızdakılara mən bilirəm sistem məni zəiflədir demək əvəzinə, onların bu sistemin içində yaşadıqlarını, bildiklərinin bu olduğunu buna görə də bunu tətbiq etdiklərini anlayın.

Yeri gələndə sərt qərarlar verməyi bilin – daxil olduğunuz fakültəni sevmirsinizsə, bir dostunuzun sizi daima pisliyə sürüklədiyini bilirsinizsə, əlinizdə qalan son 20 – 30 manatı işiniz üçün xərcləyəndə bir qəpiksiz qalacaqsınızsa bu qərarı verin.

Yaşadığımız müddətcə daima sistemin içərisində həbs olmuş insanlar görəcəyik. Onlarla mübarizə aparmaq əvəzinə sadəcə fikirlərinizi özünüzə saxlayın. Qarşınızdakının sizi, sizin də qarşınızdakını yormamaq üçün ən yaxşı yol budur. Özünüzə, həyatınıza, sahib olun. Və əsla daxili potensialınızı kiçiltməyin. Unutmayın bu videonu, o maşını, hər gün istifadə etdiyiniz cihazları, yaşadığınız dünyanı siz daha yaxşı hala gətirə bilərsiniz.

 https://www.youtube.com/watch?v=pCv9MUsqvmQ