Gülümsə, ömrümün ən gözəl çağı

Bənövşə  gülünün incə növrağı

Novruz xonçası ol, bayram qabağı

Bəyaz gəlinliklə gəl, bizim gilə


Gülümsə, Allahın gözəl hədiyəsi

Toxun ürəyimə ömür büsəsi

Bir yanda müsiqi, bulağın səsi

Bəyaz gəlinliklə gəl, bizim gilə


Gülüşün cənnəti gətirir mənə

Yeni həyat verir, can verir mənə

Sanki  son nəfəsdə yetirir mənə

Bəyaz gəlinliklə gəl, bizim gilə


Bir xalı sər oturalım üstünə

Gözlər durur, Sadiqlinin qəstinə

Hər nə desən başım, güzüm üstünə

Bəyaz gəlinliklə gəl bizim gilə.

#sadiqlişeirləri