Bu gün oxuyarkən nəfəs almağı unutduğum bir kitabın hekayəsini anlatmaq istəyirəm sizə. İnsan beyni haqqında yazılmış olan bu kitab İNCOGNİTO BEYİNİN GİZLİ HƏYATI KİTABININ YAZARI OLAN DAVİD EAGLEMAN TƏRƏFİNDƏN YAZILIB. BEYİN SƏNİN HEKAYƏN – bu kitabın içində beynimizlə və yaşadığımız həyatla bağlı inanılmaz məlumatlar yazılmış olsa da mənim ən diqqətimi çəkən iki hadisəni anladacam. Sadəcə gəlin əvvəl David Eagleman kimdir bunu araşdıraq. Bir Neyrobioloq olan David İNCOGNİTO, BEYİN, BEYİN VƏ DAVRANIŞ, LİVEWIRED və.s bir çox kitabların müəllifidir. Bundan başqa David dünyanın ən yenilikçi texnologiyalarından biri olan VEST texnologiyası üzərində işləyir. VEST - əynimizə geyindiyimiz adi bir kofta kimidir. Lakin inanılmaz bir funksiyaya sahibdir. VEST – itirdiyimiz bir duyğumuzu sadəcə bədənimizlə hiss etməyimizə yarayan bir geyiniləbilən texnologiyadır. Bir dəqiqə bədənimizlə duyğularımızı hiss etməkmi? Texniki olaraq desək qəbul etmək. Bildiyimiz kimi biz insanlarn beş duyğusu var Görmə Eşitmə Danışma Dad bilmə Hiss etmə VEST-i geyindikdə eşitmə əngəlli olan biri vest vasitəsilə eşidə bilir. Bədənimizə geyindiyimiz bu koftanın üzərində mikroçiplər, mikrofon, və vibrasiya istiqamətləndirici motorlar yerləşdirilmişdir. Birinci növbədə kənardan gələn səslər mikrofon ilə qəbul olunur. Daha sonra vibrasiya motorları bu səsləri kiçik vibrasiya naxışlarına çevirir. Bədənimizə verilən bu kiçik vibrasiyalar dərimiz tərəfindən qəbul olunur və mikroçiplər ilə səs siqnallarına çevrilərək beynimizə göndərilir. Təbii ki, bu dəqiqə çox həyacnlamasaq yaxşıdır çünki VEST labarotoriya sınaqlarını keçsə də hələ də uğurlu bir prototip kimi inkişaf etdirilmə mərhələsindədir. Eyni zamanda bu texnologiyanı rahatlıqla istifadə edərək eşidə bilən insanlar da var. Məsələn Jonathan. Bəs bu necə olur beynimiz çöldən gələn daha əvvəl heç vaxt görmədiyi tanımadığı bu signalları necə səslərə çevirə bilir. David Eagleman bunu belə açıqlayır. Beynimiz kəllə qutumuzun içindəki qaranlıq bir dünyadadır. Və məlumatın haradan gəldiyini və necə olduğunu əsla vecinə almır. Sadəcə bu məlumatı necə qəbul edəcəyini axtarır və tapır. Bunu bilirik çünki çox yox, sadəcə 20 il əvvəl görmə və eşitmə əngəlli insanlar üçün hazırlanan implantların verdiyi signalları beynimizin qəbul edə bilməyəcəyinə inanırdıq. Amma beynimiz qəbul edir. Texnologiya ilə eşidirik, görürük. Bayaq dediyimiz hisslər onsuz da normal həyatda bizim sahib olduqlarımız idi. Bəs əgər sahib olmadığımız duyğuları özümüzə bir şəkildə qəbul etdirə bilsəydik, onda necə? Sadəcə xəyal edin Lucy filmindəki kimi elektriki hiss edib idarə edə bilsəydik, ya da hava da axan milyonlarla radio signallarını görə bilsəydik və ya daha çoxu... Bunu bir düşünün dostlar doğuldumuz hisslərdən daha artığına sahib olma bacarığı. Bu gün VEST texnologiyası ilə bunun üçün də işlər aparılır. Eyni zamanda David bunun mümkün olduğunu deyir. Çünki beynimiz ona gələn məlumatı bir şəkildə qəbul edə biləcək şəkildə dizayn olunmuşdur. İçəridə baş verənləri tam olaraq heç kim bilməsə də, bunu bilirik ki, o 1200 – 1400 qramlıq maddə hər bir funksiyanı qəbul edə bilir. İtənləri başqaları ilə əvəz edə bilir, yaşamağımızı təmin edə bilir. Bu dəqiqə mən danışarkən və siz bu ekranları izləyərkən belə beyniniz baş verən hər şeyə sahib olan yeganə orqandır. Etiraf etmək istəyirəm əvvəllər beynimin mənim olduğunu düşünürdüm, indi isə anlayıram mən onunam, o mənim yox. Bunu etiraf etməyimə sadəcə bu danışdıqlarım yox, kitabın içindəki bir çox fərqli məlumat əsas verir. Bu məlumatlardan mənim ən çox diqqətimi çəkən ikincisi Cameron Mott adlı bir qızın hekayəsi oldu. Cameron çox nadir görülən bir sindrom olan cortical dysplasia (Rasmussen ensefaliti) sindromuna məruz qalmışdı. Onu müalicə edən həkimlər bunun qısa zaman ərzində qızı əvvəl iflic edəcəyini sonra isə öldürəcəyini bilirdilər. Buna görə də 2007 – ci ildə çox ciddi nəticələri ola biləcək bir əməliyyat etdilər. 12 saatlıq bir əməliyyatla Cameronun bir beyin yarım kürəsini tamamilə çıxardılar. Bunun necə nəticələr gətirəcəyi çox böyük bir sual idi. Cameron Kennedy Krieger İnistute – da bir ay keçirdikdən sonra normal halına qayıda bildi və məktəbə geri qayıtdı. Cameron bu gün hələ də yaşayır. Və sağlamdır. Videonun altına burada danışdığım bütün mövzularla bağlı linkləri yerləşdirəcəm. Son olaraq anlayırıq ki beynimiz nə baş verirsə versin özünü bərpa edə bilir, yenilənə bilir. Bəlkə də bir gün bu gün sahib olduqlarımıza baxıb güləcəyik. Özünü inkişaf etdirə bilən bir komputeri bədənimizin üzərində daşıyan bizlər bəzən nə qədər mükəmməl varlıqlar olduğumuzu unuduruq.


https://www.youtube.com/watch?v=K-1MWFtOGhU&t=339s

Bu mövzuda hazırladığım video.

https://www.youtube.com/watch?v=bnOp9... CAMERON MOTT https://www.youtube.com/watch?v=4c1lq... TED X https://eagleman.com/science/sensory-... https://eagleman.com/