Bu boyda əziyyət, dərdin kədərin,

İçinə düşmüşəm mən yazığ uşağ,

A necə edimki hansı əməlim,

Məni bu dünyadan pak çıxaracag?!


Günahlar dağ boyda yığılıb yaman,

 Mən nələr eyləyim kimə söyləyim?!

 Ölərsəm dərdimə dözməyər anam,

Oysa istəyərəm cavan ölməyim.


Məni dəyişdirdi bu fani dünya,

 Günahlar üstünə günah yazılıb.

 Düzgün yaşayırdım mən əvvəl güya,

İndi ölməmişdən qəbrim gazılıb.