Bahartək ömründə nələr dəyişdi?
De neçə yarpağın töküldü indi?
Qanla qazanılmış, istiqlal eşqi,
Millətin bağrından söküldü indi?

Bir mayıs səhəri gözlərimizdə,
Parlayan qığılcım, sönməkdə indi.
Sevinclə hayqır de: 'Azərbaycanım!'
Kim bilir, bəlkə də son səfərindir.

Yox əsla dinləmə boş kəlmələri,
Dodağım bu gündən möhürlənəcək.
Azadlıq bəxş edən Mayıs səhəri,
Başqa bir tarixdə, yenə gələcək.

Buludlar sarsa da, mavi səmanı,
Yəqindir günəşi gizlədə bilməz.
Millətin istiqlal eşqi danışsa,
Əsarət lal olar, əbədi dinməz.

Qıracaq zəncirin bir yaz səhəri.
Araz da Kür ilə qovuşacaqdır.
Təbrizdən Bakıya yol salınanda,
Urmiya sevinclə çağlayacaqdır.

Signor Bayramlı Məhəmməd.

31.01.2021