-Xoş gəldin.
-Xoş gördük.
-Nə əcəb gəldin?
-Buradan gedəndən sonra yuxu getmədi gözümə. 2 həftədir ki, düşünürəm. Marağım qalib gəldi və mən burdayam. Gördüyün kimi gəldim. Amma sadəcə dinləmək üçün.
-Yaxşı elədin. Danışacam.
-Keçən dəfə demişdim ki, otur kitab yaz deyə. Sonra düşündüm də, sən kitab yazan deyilsən. Mən də gəlməsəm, heç vaxt bilməyəcəkdim. Səninlə birlikdə məzara gedəcəkdi bugün mənə anlatacaqların.
-Atanı yaxşı tanıyırsan. Mən hara, kitab yazmaq hara. Dedin ki, buradan gedəndən sonra hər gün düşünürəm. İnan ki, mən də sən getdiyin andan yalnızca düşünürəm. Yata bilmirəm. Anan yuxuma gəlir. 8 ildir düşünmürdüm. Ağlında bir sual olmayanda cavabını da axtarmırsan. Amma sən 2 həftə qabaq gəlib mənə "niyə" sualını verəndən beynimdə yuva qurub o sual. Niyə? Niyə?
-Bir sual da mən əlavə edim. Peşmansan? Etdiyin əmələ görə peşmansan? Bir də bunu fikirləş. Anam nə etmişsə etmişdi. Bu bizim ailəmizi dağıtmağa dəyərdimi?
-Bir kişinin hər şeyindən qabaq namusu, qeyrəti gəlir. Kişini kişi edən onun namusudur. Namusun olanda başın dik gəzirsən. Yastığa başını rahat qoyursan. Gələk peşman olub olmadığım sualına. Anan etdiyi əməldən peşmanmıdır səncə?
-Anam nə etdi ki sənə?
-Anan mənə xəyanət etdi. Mənim namusumu ayaqlar altına aldı. Mənim evimdə, mənim yataq otağımda həm də. Ya özümü öldürəcəkdim, ya ananı. Xəyanət etdiyi adamı tapmağa fürsətim olmadı. Olsaydı əgər, onu da öldürərdim. Sonra da özümü öldürəcəkdim. Amma olmadı. Mən onsuzda hər gün ölürəm oğlum.
-Bağışlaya bilməzmiydin? Ən azından mənə görə.
-Xəyanətin əhvi olmaz oğul. Sadəcə cəzası olar. Bu elə bir şeydir ki, bir dəfə edən bir dəfə də edəcək. Biz ata babamızdan belə görmüşük. Namusumu təmizlədim mən. Bir tək peşmançılığım sən böyüyəndə səni yalnız qoymağımdır. Haqqım yoxdur sənin üzərində. Varsa da halal olsun. Sən haqqını halal et ki, mən burda gönül rahatlığıyla çürüyüm.
-Haqqımı sənə halal edə bilmirəm axı mən. Sən məndən həm anamı, həm atamı, həm ailəmi, uşaqlığımı aldın. Mən necə sənə haqqımı halal edim?
-Bu yolu mən seçmədim. İkimiz də ananın etdiyi səhvə görə bu günə düşdük. Anan şəhvani hisslərinə bizi qurban verdi. Mən sadəcə lazım olanı etdim. Dediyim kimi. Bir tək sənin qarşında başım aşağıdır. Mən sənin də namusunu təmizlədim. Mən bunu etməsəydim, sən ömür boyu ananın etdiyi yanlışa görə başın həmişə aşağı olacaqdı. Bunu sənə anlatmaq istəmirdim. Çünki anan sənin gözündə bir mələk idi. Sənin o xəyalındakı ananı da kirlətmək istəmirdim. Sənin mənə nifrət etməyini qəbul etdim. Lakin bundan artıq dözə bilmədim.
-Ata.
-Oğlum.
-Haqqım sənə halaldır. Sənin mənim xəyalımdakı anamı kirlətməmək üçün sənə nifrət etməyi seçməyin mənim üçün kifayətdir. Mən xəyalımdakı anama bunları qondurmuram. Lakin xəyalımdakı atamı öz məhkəməmdə haqladım.
-Mənə də bu kifayətdir.
-Nəyəsə ehtiyacın olsa mənə de.
-Tək ehtiyacım sənin mənə ata deməyin idi. Bu da mənə bir ömür bəsdir.
-Gedirəm mən. Son dəfə gələcəm demişdim. Amma artıq son olmuyacaq. Rahat ol. 

-Axır ki, bugün başımı yastığa rahat qoyacam. Hələlik oğlum.

-Hələlik ata.

Məmmədov İsmayıl