İndiyə qədər fəlsəfəyə dair kitab oxumamışdım. İlk dəfə dostumun hədiyyəsi ilə fəlsəfəni daha yaxından tanış oldum. Rasyonislərlə, emperislərlə, romantiklərlə və s. Həmişə insanların təbiətini öyrənməyə çalışmışam. Bunu etdikcə necə fərqliləşdiyimi fərq etməmişəm. Fərqliyiyin mükafatı yalnızlıqdı ki, bunu başa düşməyim gec oldu. Niyə insanlar bunu edir ? sualları ilə dünyanı öyrəndim. Kitabı oxuduqca neçə ili boş-boşuna əziyyət çəkdiyimi gördüm. Hamısı yazılıb səhvləri ilə düzləri ilə. Bəlkədə bu qədər həyat təcürbəm olmasaydı, bu kitablarda yazılanları başa düşməzdim. Bir çox fəlsəfi hərakatların bir çox fikirləri ilə razılaşsamda, razılaşmadığlarımda oldu. Kant fikirləri çox bəyəndim. Belə bir məlumat qeyd edim ki, Kant Birləşmiş Millətlər Təşkilatının fikir babasıdı. O deyir ki, insanın içində iki səs var. Biri tanrının digəri isə insanın iradəsi. Məncə isə 3-dü. İnsanın mənliyi yəni iradəsi 2-ci beynin səsi, 3-cü isə ürəyindəki boşluğun səsi. Çox uzatmaq istəmirəm. Dostuma hədiyyə üçün təşəkür edirəm. Kitabda bəyəndiyim cümlə ilədə bitirirəm.
"İnsanın beyni və hislərini başa düşə biləcəyimiz qədər sadə olsaydı, o zamanda biz onu başa düşə bilməyəcək qədər axmaq olardıq."