Niyə dərdi qəmi mənə verirsən?!

Axı nələr etdim? Danış bir görüm

Günahsız olduğumu sən də bilirsən

Hələki cavanam niyə tez ölüm?!


Dərdimi əvvəllər sənlə bölərdim

İndi özün mənə dərd oldun gözəl.

Bircə gün görməsəm səni ölərdim

Gözlərim hər yanda bax, səni gəzər.


Ömrümüz bilinməz qısa ya uzun,

Nə vaxta kimi biz ayrı qalarıq?

İnşallah duyarsan, sənədir sözüm,

Sənlə cəhənnəmdə birgə. yanarıq


Səninlə cəhhənnəm cənnət olubdur

Hər zaman təki sən yanımda olsan..

Bu şeiri yazarkən gözüm dolubdur

Qəlbimdə olsan da yanımda yoxsan.