-Xoş gəldin.

-Xoş gördük.

-Necəsən? 

-Bura gələnə qədər yaxşı idim.

-Məni gördün, pis oldun. Doğru deyirsən. Mən də hər gün güzgüdə özümə baxanda bütün kefim qaçır. 

-Təkcə sənlik olmadığını düşünürəm. Həbsxananın havası ağırdı yəqin.

-Çox qəribə yerdir bura. İnsan çürüyür ayağdan başa. 

-Sən otur kitab yaz burda. Boş boşuna oturursan burda onsuzda. 

-Ağıllı fikirdir. 

-Ata. 

-Eşidirəm.

-Niyə?

-Nə niyə?

-8 ildir gəlmirəm bura. Hər həftə bura gəlməyi fikirləşdim. Lakin bura gəlib nə danışacağımı bilmirdim. 

-Gəlib bir kefimi soruşsaydın mənə bəs idi əslində. 

-Sən bunu haqq etdinmi ata?

-Etdimmi oğul?

-Ata, niyə? Niyə qıydın anama? Niyə ailəmizi dağıtdın?

-Sənə də hesab verim indi? Bugün görüş günü deyil. Sən necə girdin bura?

-Mən Vəkiləm. Amma sənin yox. 

-Nə yaxşı. Sevindim. 

-Niyə sevindin? Sənin vəkilin olub cəzanı yüngülləşdirəcəyimi düşünürsənsə çox yanılırsan. 

-Niyə belə düşünümki? 

-Nəbilim. Dedim biləsən. 

-Sənin ananın tək günahı məni sevməməsi idi. 

-Sevmədi diyə mi öldürdün anamı?

-Mən ondan sadəcə məni sevməyini istəmişdim. Amma o bunu mənə çox gördü.

-Sən çox vicdansız adamsan. Bunu bilirsən?

-Mən çox vicdansız adamam. Sən də mənim oğlumsan. 

-Mən sənin oğlun deyiləm. Sən heç vaxt mənə fırlanıb baxmadın. Həyatdakı tək varlığımı, anamı aldın məndən. Sən mənim atam deyilsən. Səndən utanıram mən. Bizə gün üzü göstərmədin. Amma olsun. Anam yanımda idi. Sən anamı da aldın. Mənə həyatım boyunca ən pis şeyi sən etdin. Atam etdi. Sənin qanını daşıdığım üçün xəcalət çəkirəm.

-Buraya məni təhqir etməyə gəlmişdin? Söyüb saymağa. 

-İçimdə sənə qarşı illərlə böyütdüyüm nifrət var. Bunu bir gün qusacağdım. Sən nə fikirləşmişdin? Gəlib boynuna atdanacaqdım? Qucağlıyıb, əlini öpəcəkdim? 

-Bağışla məni. 

-Sənin üzr istəməyin anamı geri gətirsəydi, 8 il əvvəl gələrdim buraya. Mən gedirəm. Yəqin ki, bir də gəlməyəcəm. Bir də məzarına gələrəm. 

-Allaha əmanət. Sənə deyə bilmədiyim o qədər şey var ki. Bir gün bura məni təhqir etməyə deyil də, məni dinləməyə gəlsən bəlkə sənə danışaram. 

-Sənin nələr çəkdiyin mənim bir qram da vecimə deyil. Sən nə çəkmiş olsaydın da, bu anamı öldürmə haqqını sənə vermirdi. Amma sırf maraqdan bir gün gələcəm. 

-Hələlik. 

Məmmədov İsmayıl.