Axdı gözümdən yaş, sanki narın yağış kimi.

Titrəyir hər an ürək, sanki zərif külək kimi.

Mən kimə nə etdim ki, hey əzildim zəif kimi,

Nədir axı günahım, bu qədər dərd bəs deyilmi?


Dünyaya gələrkən də ağlamışıq, bizə  bəlli,

Kimi yaşayır doxsan, yüz mən yaşaram məncə əlli.

Dərd çəkdikcə tapardıq hər zaman dərdə təsəlli,

Əgər dünyada qonaqsaq bu qonaqlıq bəs deyilmi?


İnan istəmirəm daha bircə dəqiqə nəfəs alım,

Nə fərqi var axı, gülüm mən ölüm, ya da qalım.

Onsuzda uzaqdasan, qayıt geri qadan alım,

İstəmirəm ölüm sənsiz, bu sənsizlik bəs deyilmi?


Qəlbim sonda dilə gəldi, dedi ondan yazma şeir,

Qəlbim belə anlayıb ki, ondan mənə gəlməz xeyir.

İnan mən də hey gəzirəm, dildə mahnı veyil-veyil

Artıq ölmək istəyirəm, bu  yaşayış bəs deyilmi?