Demə ki, itirdi səni bu şəhər.
De harda qalmısan səmada yerdə?
Saat 6:20 dumanlı səhər,
Səni axtarmışam mən hər sətirdə.

Payız da bitəcək, yaz da bitəcək.
Bizi həsrət qoyan bu bəd fəsil də.
Səninlə bir kiçik xatirə arar,
Səni soraqlaram mən hər şəkildə.

Günəşə həsrətəm bəlkə ölmüşəm?
İnanma məni bir kimsə axtara.
Saatlar ötəndə, vaxt dəyişəndə,
Adını yazmışam qanla divara.

Eşqinlə canımı tapşırıram mən.
Sən yaşıl bir çəmən, mən bədbin çapar.
Əzrail canımı almasın hələ,
Sevgilim ruhumu özünlə apar.

Signor Bayramlı Məhəmməd.