Müəllif : Rüstəm Sadiqli

  

31 Mart soyqrımını, dəşhətli hadisləri anmaq, tariximizi xatırlamaq hər birimizin borcudur. Necə ki, ulu öndər Heyər Əliyevin dediyi kimi: “Xalq daim öz kökünü xatırlasın.” 

Ot kökü üstə bitər deyərlər. Bugünümüzə işıq tutan bu cür ağla sığmaz faciyələri unutmamalı, gələcək nəsillərə çatdırmalıyıq.

31 Mart soyqrımı ilə bağlı mənbələrə baxdığımız zaman erməni, erməni vandalizminin heç bir sərhəd tanımadığını görürük. Hətta meşədəki yırtıcı heyvanların da müəyyən qanunları vardır. Lakin hayların isə xüsusi sərhədləri yoxdur. Onlar düz-çörəyi unudub, öz çirkin əməllərindən hələ də əl çəkmirlər. 

İlk olaraq qeyd etməliyik ki, bu soyqrım türk-müsəlman əhalisinə qarşı yönəlmişdir. Və Musavat partiyasının sosial bazası olan Azərbaycan müsəlmanlarını öz doğma ata-baba torpaqlarında yer üzündən silib, yerinə erməni bolşevik qüvvələrini yerləşdirmək idi.

Ermənilər 1914-1919-cü illərdə “Böyük Ermənistan” xuliyasını gərçəkəşdirmək üçün Azərbaycan torpaqlarında və Şərqi Anadoluda ağlasığmaz genosid aktını həyata keçirdilər. 

Hətta  bu faciyənin banisi S.Şamiyann heykəli Bakıda ucalmışdı. Bu rusların siyasəti idi. Onu “xalq qəhramanı” elan etmişdilər. Əgər biz tariximizi bilməsəydik, bu əli qanlı qatildən də xəbərimiz olmayacaqdı. Ona görə  bilgilənmək, təhsil şərtdir. Təbii ki, bu yazımızda bütün məqamlara toxuna bilməcəyik, o faciyənin kölgədə qalan çoxlu nuansıları vardır.

 1918-ci  ilin mart ayında Bakı soveti, Daşnak partiyası və digər erməni milli təşkilatları türk-müsəlman əhalinin qırğını üçün gizli saziş imzalanmışdı. Onlar ilkin olaraq cəhbədən qayıtmış müsəlman korpusunun komandanı general Xəlil bəy Talışınskini həps etdilər. Onlar yaxşı bilirdilər ki, Azərbaycanın mərd oğulları bununla barışamyacaq. Ona görə də Lənkərana yola düşən “Evelena” gəmisini də tərki-silah etdilər.

Azərbaycan tarix kafedrasının müdiri, dosent Mehman Abdullayevin elmi redaktorluğu ilə “Azərbaycan tarixi” ali məkəblər üçün dərc olunan dərs vəsiatində bu hadisələrə işıq tutulmuş, mühum məsələlər qeyd olunmuşdur. Bəzi məsələlərin aydınlanması üçün bu kitaba istinad edəcəyik.

“Xalqımızın düşmənləri təkcə Bakı şəhər ilə kifayətlənmək fikrində deyildilər. Aprel ayının əvvəllərində Şamaxı, Quba, Lənkəran, Salyan və digər bölgələrdə də böyük qətliyamlar töyrədildi.”  

 Bəşir Mustafayevin “Qafqazda müsəlman- Türk soyqrımı” əsərindən də bir çox faktlar, zəngin məlumatlar əldə edirik. Bu materialda İrəvan-Tiflis hadislərindən tutmuş, Yevlax, Şəmkir qəzalarında çatışmalar, İrəvan müsəlmanlarına qarşı töyrədilmiş qətliyam, Lənkəran-Salyan erməni zülmünə qədər yetərli məlumat barınmaqdadır. 

O qeyd edir ki, Lənkəran hadisələri əslində 1917-ci ilin mayında közərməyə başlamışdır. Dukanlarını açmaq istəyən sahibkarlar ermənilər tərəfindən atəşə tutulur, təhqir olunurdu. Müsəlmanlar tərki-silah olunduğundan Lənkəran əhalisi buna cavab vermək iktidarında deyildi. Bura yerləşdirilən ruslar da ermənilərin bu zülmünə səssiz qalırdılar. Amansız işgəncələr cənub bölgəsinin bütün ərazilərini əhatə etmişdi. Ermənilər peşəkar hərbiçi idilər. Daşnaqsütün partiyasının üzvlərinin çoxusu erməni idi. Və onların istifadə etdikləri silahlar o dövrün müasir silahları idi. Azərbaycanlıların isə çoxusu könüllü idi. Döyüşməyə tüfəngləri də yox idi. Bu təbii hal idi. Çünki, Azərbaycanlılar orduya çağrılmır, təhsildən uzaqlaşdırılırdı.

Azərbaycanlıların şücaəti, mərdliyi ilə bağlı mütəfəkkir Mənsur Gürgani də maraqlı məlumatlar vermişdir.

“1297-ci ilin Fervedin ayının onunda(Miladi təqvimlə 30 mart.1918) ermənilərlə bolşeviklər Lənkərana gedən müsəlmanların qarşısını almaq məqsədi ilə atışmaya başladılar. Bolşeviklər ermənilərə yardım edərək dənizdən Bakını atəşə tutdular. Təzəpir məscidinin minarələri və şəhər qalasının bir qismi yandırıldı. Atışma 52 saat davam etdi. Beləliklə, Bakı işğal olundu”

Deməli, əjdadlarımız böyük bir mübarizə aparmış, vətən oğulları özlərinin canı bahasına olsa da vətəni müdafiyədən yayınmamışlar.

Müəlliflər B.B.Kərimovun “1918-1919-cu illərdə Lənkəran qəzasında ermənilərin törətdikləri soyqırımı” əsərinə istinadan qeyd edirlər ki, Lənkəran statejik məntəqə idi. Həm də dənizə çıxışı var idi. Eləcə də  onun zəngin təbiəti sayəsində hər cür neymət ilə  bəzənmişdi. Ona görə də Lənkəran da bu hadisələrdən kənar qalmadı.  1917-1918-ci illər ərzində denikinçi komandan Şevkunovun quldur dəstəsinə rəhbərlik edən daşnak Akopyan və ermənipərəst Sinayev Lənkəranda Mir Əhməd xanın birmərtəbəli evini özlərinə qərargah seçmişdilər. Onlar cənub zonasında yerləşən şəhər və kəndləri Xəzər dənizindən top atəşinə tuturdular. Töyrətdikləri vəhşilikləri örtmək məqsədi ilə qeyd edirdilər ki, guya şəhəri quldurlardan qoruyurdular. 

Bu hadisələrdən təngə gələn xalq məşvərət yığdı.Və On üç nəfər ağsaqqalla danışığa getdilər. Lakin ermənilər yenə öz mənfur niyyətlərindən əl çəkmədi. Sütəmurdov ağsaqqallarının başların üzüb onları tikə-tikə doğradılar. Xalq isə itlərin hüruşməsi səbəbindən bu məsələdən agah oldu. Və onlar şəhidlərini məscidin qabağında dəfn etməli oldular. Müəllif İsaq Axundov hətta şəhid ağsaqqalların adlarını belə qeyd edir. O da bu məlumatları  Sütəmurdov mollası, 88 yaşlı Mir Cavadın şəxsi qeydlərindən əldə etmişdir. Beləki, Axund Mircavad öz Qurani-Kərimindəki qeydlərində bu faciyədən bəhs etmiş, şəhidlərin adlarını qeyd etmişdir. 

Həmçinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin yanında Siyasi Sənədlər Arxivinin 277-ci fondunda, Azərbaycan Respublikası Dövlət Arxivinin 100-cü fondundakı sənədlər də Lənkəran hadisələri haqqında bilgilər barınmaqdadır. Azərbaycan Xalq cümhuriyyətinin rəsmi qəzeti olan “Azərbaycan” qəzetində də bu hadisələr işıqlandırılmışdır.

Lənkəranının öncül ziyalılarından olan mərhum Mirhaşım Talışlı bu haqda əsər yazmış və “1918-ci il Lənkəran faciəsi” məqaləsində bu faciyə haqqına fikirlərini bildirmişdir. O məqaləsində bir sıra məqamlara toxunmuş, hadisələrin canlı şahidlərinin fikirlərini yazıya köçürmüşdür:

“Vilvan kəndində yaşayan Əmənulla Əzimov danışardı: —1918-ci il mart-aprel ayları idi. Kəndimizə bir dəstə atlı gəlib cavanları bir yerə yığdı. Onlar rus və başa düşmədiyimiz dildə danışırdılar. Şıvkunovu ilk dəfə onda gördüm. Dəstə bizi başına yığıb Ləkər körpüsünədək müşayiət etdi. Alı Əzimov, Mikayıl Quliyev, Davud Rəhimov, Mahmud Şərifov və başqaları da bizimlə idilər. Hərəmizə bir tüfəng verib dedilər ki, səngər qazın, vuruşacaqsınız. Biz düşmənin kimlər olduğunu bilmirdik, amma itaət edərək səngər qazdıq. Bizə güllə verməmişdilər. Deyirdilər ki, patronu “düşmən” yaxınlaşanda verərik. Qaranlıq düşərkən özümüzü Ləj meşəliyinə tərəf verdik, oradan özümüzü kəndə çatdırdıq. Bundan qəzəblənən şıvkunovçular Girdəni, Veravul və Vilvan kəndlərini top atəşinə tutdular. Təkcə Vilvan kəndində 10-a yaxın ev yandı, ölənlər də vardı. Adamlar Osakücə meşəliyinə çəkildiyindən tələfat çox olmadı. Top atəşi Rəhim kişinin ləmini uçurtmuş, beşikdə olan körpəni beşikqarışıq həyətə tullamışdı, amma təsadüfən uşağa heç nə olmamışdı. Atışma sakitləşəndə Şıvkunov öz quldur dəstəsi ilə yenidən kəndə gəldi, tüfəngləri istəyirdi. Ağsaqqalların təkidi ilə silahları qaytardıq. Gülləmiz olsaydı, quldurlarla döyüşərdik, amma o vaxtlar güllə tapmaq çətin məsələ idi. Şıvkunovun əmrinə itaət etmədiyimizə görə bizi ağaca sarıyıb öldürmək istəyirdilər. Amma təsadüfən kəndimizə gələn qaçaqlar onlarla döyüşə girdilər. Nəticədə Şıvkunovun dəstəsi geri qaçmaq məcburiyyətində qaldı.”

 O Qeyd edir ki, bu mübarizə də kişilərlə bərabər xanımlarda döyüşürdü.

“Hətta qadınlar da erməni daşnakları ilə mübarizə aparmış, hünərdə kişilərdən geri qalmamışlar. Rayonun Tükəvilə kəndindən Vəsmicahan Məmmədova, Veravul kəndindən Səkinə xanım at çapmış, tüfəng oynatmış, yaşadıqları kəndi qaçaq-quldurlardan qorumuşlar. Tükəvilə kəndindəki özünümüdafiə dəstələrindən birinə Vəsmicahan Məmmədova rəhbərlik etmişdir. Son vaxtlar erməni millətçiləri bütün dünyaya səs salıb törətdikləri vəhşilikləri ört-basdır etməyə çalışırlar. 

Tarix sübut edir ki, əsl qanlı faciələr erməni daşnakları tərəfindən törədilmişdir. Bəli, 1918-ci il hadisələri tariximizin qanlı faciələrindəndir. Lənkəranda törədilən soyqırımı heç vaxt yaddan çıxarmaq olmaz.”

     Hadislər bununla da bitmədi mənfur düşmənlər öz çirkin əməllərindən yayınmırdı. Xalqı tərki-silah edib, qarət edib, milli qırğın töyrədib, Lənkəranın göbəyində saxta dövlət yaratdılar. Məqsədləri dilbər güşə Lənkəranı qardaşlarından ayırıb, bütün əhalini qırğına vermək idi.

Azərbaycan tarix kafedrasının müdiri, dosent Mehman Abdullayevin elmi redaktorluğu ilə “Azərbaycan tarixi” ali məkəblər üçün dərc olunan dərs vəsiatində qeyd olunur : 

  “Yeni yaranan milli ordu hissələri dövlətimizin və xalqımızın düşmənlərinə qarşı mübarizədə böyük qəhrəmanlıqlar göstərmişdir. Azərbaycanın cənub bölgəsində şovinist rus zabitləri vaxtı ilə muğana köçürülmüş rus əhalisini cəlb etməklə, 1919-cu ilin fevralında qiyam qaldırmışdılar. Müstəqilliyimizə düşmən olan bu qüvvələr Lənkəran bölgəsini Azərbaycandan ayırmağa çalışırdılar. 1919-cu ilin fevralında Sovet Rusiyasının əlaltısı komminist bolşeviklər isə bölgədə “Muğan-Sovet Respubikası” adlanan bədnam bir qurum yaratmışdılar. V.Leninin tapşırığı ilə Xəzər dənizi vasitəsi ilə bu quruma çoxlu sayda silah-sursat və hərbi qüvvə göndərilmişdi. Nəticədə Muğanda boşevik silahlı qüvvələrinin sayı 5-6 minə çatdırılmışdı. Milli ordumuzun ümumi qərargah rəisi Həbib bəy Səlimovun başçılığı ilə  bölgəyə yeridilən qoşun 1919-cu il avqustun 13-dən sentyabrın 3-dək rus hərbi dəstələrini darmadağın edib ölkəmizdən qovmuşdu.”

  Səməd bəy Mehmandarov  isə bu zəfəri öz əmrində belə qeyd etmişdir : 

   “Lənkəran qazası və Muğan doğma Azərbaycana qaytarııldı.” 

 Bu həqiqətən belə idi Lənkəran anası Azərbaycana qovuşmuşdu.

   Artıq biz zəfər günlərini yaşayırıq. Üçrəngli bayrağımız gözümüzün işığı Şuşada dalğalanır. Ali baş komandanımız cənab İlham Əliyevin təbiri ilə desək, biz qisasımızı döyüş meydanında aldıq. 

Odlar yurdumuz, Azərbaycan burda yaşayan bütün entik xalqların vətənidir. Məsələ vətəndirsə türkü ilə, talışı ilə, avarı ilə, saxuru ilə, ləzgisi ilə, tatı ilə birləşib  bir yumruq kimi düşmənə layiqli cavab verməyə hazırıq. Bizi heç bir qüvvə ayıra bilməz. Necə ki, bir olub, Qarabağımızı azad etdik. Biz birlikdə güclüyük. Azərbaycanın hər bir zərrəsi bizim üçün vətəndir. Vətənin cənubu, şimalı, qərbi, şərqi olmaz. Daha böyük zəfərlərədək…

 

           Qır yad baxan əli kökündən qopar.

           Özgə bayraqları yerindən qopar.

           Üçrəngli bayrağı zəfərə apar !

           Mən Odlar yurduyam, Azərbaycanam !