Xatirəm, düşüm də, arzum da sənsən.

Ən gözəl diləyim, sözüm də sənsən

Ömrüm də, anım da, gözüm də sənsən.

Niyə uzaqsan ki, məndən, çiçəyim...


Bir vaxtlar səninlə nəfəs alırdım.

Dünyadan yaşamaq, həvəs alırdım

Bir sızı, bir sevinc, bir hiss alırdım

Susmuşam sən gedən gündən, çiçəyim...


Tellər təkin, titrər, sızlar ürəyim

Sən gedən yolları izlər ürəyim

Yenə, səni, səni gözlər ürəyim

Gileyli deyiləm səndən, çiçəyim.


Getdiyin gün bəri zamanım durub

Kədər qəlb evimdə toy,busat qurub

Şairi sənsizlik, qar-boran vurub

Bayramdı barışaq indən, çiçəyim.

(c) Müəllif hüquqları qorunur !

Rüstəm Sadiqli