Mən səni gözlədim uzun bir gecə,

Sənsə bu həsrəti bilmədin getdin

De, ayrılığına barışım necə?

Axı göz yaşımı silmədin getdin


Susub məzarından indi baxırsan,

Görəsən səndəmi çox darıxırsan?

Vaxtsız, əbədi bir yola çıxırsan,

Öz xəyallarını görmədin getdin


İndi övladına xalqın dayaqdır,

Tutduğun yol bizə, nurlu çıraqdır

Ananın saçı da, üzü də ağdır,

Bu parlaq yolundan dönmədin getdin.


Azaddır torpaqlar sənin sayəndə,

Görünür çox şükür parlaq ayəndə

İndi təsəllimdir fani aləmdə

Şəhid oldun deyə, ölmədin getdin


                                        Hüseyn Quliyev