Bilirsən, həyat dediyin əslində mübarizə meydanıdır.. Sən yaşayırsansa deməli "sən savaşırsan". 

Bir savaşçı  bilirsiz necə olur? Öz hədəflərini, məqsədlərini reallaşdırmaq üçün kimisə və nəisə düşünmədən gecə-gündüz əziyyət çəkir. Məğlub olduğunda yenidən ayağa qalxmaq üçün özündə güc tapır, yaşadığı bütün məğlubiyyətlərə rəğmən bu məğlubiyyətlərə boyun əymir, Qarşısındakı bütün əngəlləri aşmağı bacarır, həyatındakı bütün uğursuzluqlara rəğmən mübarizəyə davam edir, xəyallarına və hədəflərinə fokuslanır. "Kimsə nə isə söyləyər?"deyə beynini bu tipli fikir və düşüncələrlə doldurmur.. 

Çünki bilirki bu gün "bacarmazsan"deyə lağ edənlər, sabah bacardığına təəccüb edəcəklər. 

İnsanların düşüncəsi əsla səni yolundan döndərməsin! Əsla...

Birdə bunu unutma: "Məğlubiyyətini etiraf etməyənədək kimsə məğlub deyildir". Ona görə nə qədər məğlub olduğunuzu düşünsəniz belə, nə qədər ətrafınız "bacarmaz", "edə bilməz"desə belə davam edin. Əmin olun siz bacardığınız zaman "mən bacaracağına inanırdım"deyəcəklər. 

Öz savaşınızı dayandırmayın!

Bu həyat mübarizəsindən üzü ağ, uğurla çıxmaq üçün savaşın!Sabahın uğurlu gənci olmaq üçün bu gün elə ilk addımı atın!

Planlarınızdan hədəflərinizdən,məqsədlərinizdən əsla imtina etməyin! Özümdən misal çəkim~ Mən Səid Annaberdiyev abituriyentəm, 3-cü qrup üzrə hədəflərimi reallığa çevirmək istəyirəm. Bunun üçün vaxtımı səmərəli istifadə edib, boş vaxtlarımda isə intellektual yarışlarda iştirak etməyi, kitab və ensiklopediyalarla öz təcrübəmi artırmaqla məşğul oluram. Mən kiçik yaşlarımdan böyük uğurlara imza ataraq gəldim və bu yolu hələ də qət etməkdəyəm. 

Dostum, sənə isə məsləhətim nə olursa olsun, öz xəyallarından əl çəkmə! Xəyalların sənin həyatının təməl bünövrəsidir. Gələcəkdə tanınmış biri olmaq niyyətindəsənsə, tarix yazmaq istəyirsənsə öz xəyallarından əl çəkməyəcəksən! Var gücünü ortaya qoyub çalışacaqsan. Mən sənə hər kəsdən çox güvənirəm. Bilirəm ki, səndə olan potensial kimdəsə yoxdu. Sadəcə var gücünlə çalışıb, öz gələcəyinin təməl bünövrəsinə imzalar atacaqsan! Dostum, sadəcə özünə güvən! :) 

Unutma: Ömrü boyu insanlar nələrsə uğrunda mübarizə aparır... 

Səndə bir savaşçısan və mübarizə aparmaqdan qorxma.

 Axı sənin böyük potensialın var...

Unutma: Nə olursa olsun. Sən bacaracaqsan!


Müəlliflər:Samirə Nurullayeva, Səid Annaberdiyev


Təşkilatı dəstəyə görə İronYouth MMC'yə təşəkkür edirəm.