Biz insanlar o qədər  məşğul oluruq ki, günlərin necə gəlib, keçdiyinin fərqində olmuruq. Bir dayanıb baxsaq nələr qaçırdığımızı başa düşəcəyik. Amma buna belə vaxtımız yoxdur. Elə harasa tələsirik. 

Bəs içinizdən biri həyatını doya-doya yaşamaq haqqında düşünüb? Yəni ən azından buna cəhd edənlər olub? Düşünürsünüz ki, yaşayırsınız?

Yəni belə işə get-gəl, yemək ye, maye qəbul et, sonra yat. Bunlara yaşamaqmı deyirsiniz? Çox gözəl. Sizə bir xəbərim var. Siz yaşayan ölülər sıralamasındasınız.

Həyatı dərk edirsinizmi? Dünyanın nemətlərini, gözəlliklərini, təbiətini....

Adicə 5dəqiqə gecə qaranlıqda gəzsək, ulduzları izləsək, gündüz quşların səsini dinləsək, otların üzərində oyunlar oynasaq. (İnsan böyüsədə içində balaca bir uşaq yatır. Bəzən o uşağı sərbəst buraxmalıyıq.) Təbiətdəki, hüzuru səssizcə içimizə çəkib, sadəcə 5 dəqiqə heç bir şey haqqında fikirləşmədən nəfəs almağın möhtəşəmliyini hiss etmək o qədər də çətin deyil. 

Amma biz?

Karyera, karyera, karyera

Yüksəlmək, paxıllıq hissi, qısqanclıq, bir-birimizi əzmək.

Eee) Sonra?

Əlbəttə, qazanmaq  istiyiriksə çalışmalıyıq. Amma ədalətlə, cəhdlə, mübarizə ilə. 

Amma bunlar bizim üçün 2ci plan olmalıdır. 1ci yeri özümüz və ailəmiz təşkil etməlidir. Həyatdakı ən böyük uğurum özümə qarşı dürüst olmağımdır ki, bu da həyata 1-0 olaraq başlamışam deməkdir. Təbii ki, bunu yaxşı mənada istafadə etməyi bacarmalısan. Amma bu yaxşı məna da "insanlara" görə dəyişir. 

Axırıncı dəfə ailənizlə bir süfrədə nə zaman əyləşib, söhbətləşib, sevinclərinizi bölüşmüsünüz?Ümumiyyətcə son illərdə birlikdə filmə baxmısınızmı?

Ən sadəsini deyim, zəng edib necə olduqlarını, vəziyyətlərini soruşmusunuzmu?

Aaa)) bağışlayın, unutmuşam. Axı sizin buna da vaxtınız yoxdur!

Bəs yeni məşğuliyyətlər?

Rəsm çəkmək, hər hansı bir musiqi alətində ifa etmək, şahmat, şaşki, nərd, domino və s. oynaya bilmək, müxtəlif kurslara getmək, kitab oxumaq, şeir yazmaq bitmək bilməyən hobbilər, üzgüçülük, futbol, voleybol, basketbol kimi idman növləri..

Həm əylənib, həm də inkişaf etmək üçün bunlardan hansını edirsiniz hansı ilə məşğul olursunuz?

 

Görüləcək əsas işləri siyahıya alın yəni yazın. Yazılmış işlər sizi daha  fəal olmağa vadar edəcək. Zamanı idarə etmək üçün ən ideal variantlardan birisi də sabahkı günü öncədən planlaşdırmanız olar.Əlavə olaraq sizin mənəvi inkişafınız da önəmlidir. Gününüzü planlayarkən bunu da nəzərə alın. Vaxtınızı səmərəli idarə edin, yalnız bu cür siz uğurlu insana çevrilə bilərsiniz!


                                                Əliyeva Günel