Salam əziz Dostlar! Bu Gün Kanalımdakı ilk Bloqu paylaşacam. Bu Bloq motivasiya haqqında olacaq.


Sizdə özünüzə baxaraq "heçnə bacarmamış bir insan kimi" özünüzü sayırsız? Və" heçnə "edə bilmirsiz deyə düşünürsüz?


Əlbəttə ki, yanılırsınız. Gəlin biraz daha ətraflı şəkildə dünyaya və ixtiraçılara  baxaq. Və bu anda onlarla tanış olaraq deməyə başlayacaqsız ki ,biz "O"ola bilmərik. Axı niyə? O da və başqa ixtiraçılar da sadə sənin kimi insanlardır. Hansı ki çox çalışaraq yuxarı qalxıblar. Əgər istəsən əlbəttə sən də bacararsan, hətta daha çoxunu. Çünki səndə hər şeyi bacara biləcək bir qüvvə və bacarıq var. Əsas olan öz üzərində  çalışaraq bilmədiklərini öyrənməkdir. Əgər İstərsən sən bacararsan. Sadəcə bilmədiyini öyrən,bildiyini isə biraz da mükəmməl et. Heç bir zaman alınmaz demə. Sadəcə de ki,mən istəyirəm və mən bunu edə bilərəm. Özünüzə güvən və qarşınıza məqsəd qoyun .Məsələn, hansısa onlayn fəaliyyətə qoşulmaq istəyirsiz və orda yaş həddi 17 yaş qoyulub,amma sizin 16 yaşınız var. Siz isə ümidsizliyə qapılaraq məlumatı oxuyub keçirsiz, halbuki bilirsiz ki siz bu fəaliyyətdə uğur qazana biləcəksiniz. Ona görə çalışın,cəhd edin. Yaş həddi 17 qoyulub nə olsun ki? Siz çalışın cəhd edin danışarkən özünüzə güvənli sözlərdən istifadə edin və həmin vəzifəni qazanmaq üçün mübarizə aparın Və birdə görəcəksiz ki,100 nəfər içindən bu vəzifəyə  siz seçilmisiz. Bu qədər. Əslində həyatda və hər yer belədir. Siz mübarizə aparırsız. Əgər ki, özünüzə güvənsəz və bacaracağınıza inansaz hər şey olacaq.


Bu Postda olanları tətbiq etsəz bir müddət sonra görəcəksiz ki, həqiqətən istədiyinizi almısınız və hər şey yolundadır. Uğurlar hamınıza, oxuduğunuz üçün təşəkkür edirəm.



Müəlliflər:Samirə Nurullayeva,Səid Annaberdiyev


Təşkilatı köməyə görə İronYouth MMC'yə təşəkkür edirik.